YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Belarus paytaxtında MDB çərçivəsində bir sıra tədbirlər keçiriləcək

MDB-nin Belarus paytaxtındakı qərargahının mətbuat xidmətindən bildiriblər ki, Minskdə, Birliyin İcraiyyə Komitəsində təşkilatın bir sıra tədbirləri keçiriləcək.

Avqustun 5-6-da MDB iştirakçısı olan dövlətlərin humanitar əməkdaşlığı sahəsində 2015-2016-cı illər üçün Prioritet Tədbirlər Planı Layihəsinə baxılması üzrə ekspert qrupunun əlavə iclası olacaq.

Avqustun 12-də MDB iştirakçısı olan dövlətlərin Birliyin nizamnamə və digər orqanları yanında Səlahiyyətli Daimi Nümayəndələr Şurasının iclası keçiriləcək.