YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mahmud Vaezi: İran-Azərbaycan əlaqələri qarşılıqlı inama və etimada əsaslanır

İran ilə Azərbaycan arasındakı münasibətlər qarşılıqlı inama və etimada əsaslanır. Bu etimadın nəticəsidir ki, birgə iqtisadi layihələrin icrası istiqamətində konkret addımlar atılıb.

Bu fikri İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Ərdəbildə iranlı və azərbaycanlı iş adamlarının iştirakı ilə keçirilən biznes forumda səsləndirib.

Nazir bildirib ki, bu gün əsası qoyulan birgə iqtisadi layihələrdən gələcək nəsillər faydalanacaq. Qarşılıqlı əlaqələrin inkişafı hər iki dövlətin milli maraqlarına xidmət etməklə yanaşı, xalqlarımızın da yaxınlaşmasını təmin edir.

M.Vaezi bildirib ki, enerji, nəqliyyat, ticarət, səhiyyə və turizm sahələrindəki əməkdaşlıq əlaqələri əhalinin maddi gəlirlərini artıracaq və hər iki ölkənin sərhədyanı bölgələrinin sosial-iqtisadi inkişafına təkan verəcək.

Nazir İran ilə Azərbaycanın münasibətlərinin nümunəvi olduğunu nəzərə çatdırıb və iş adamlarına bu münasibətlərin yaxınlığından istifadə edib qarşılıqlı investisiya yatırmalarını tövsiyə edib.