YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Respublikasının Baş nazirinin müavini, YAP-ın Sədr müavini Əli Əhmədov şəhid Hüseyn Abdinovun dəfn mərasimində iştirak edib

Bu gün Sumqayıt şəhərindən hərbi xidmətə çağırılmış, iyulun 31-dən avqustun 1-ə keçən gecə cəbhə xəttində erməni hərbi birləşmələrinin hücumlarının dəf edərkən  şəhid olmuş Hüseyn Etibar oğlu Abdinovun dəfn mərasimi olub. H.Abdinov Sumqayıt şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində Azərbaycan Respublikasının Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov, eləcə də, Milli Məclisin deputatları, Sumqayıt şəhər icra hakimiyyətinin rəhbərliyi, şəhər ictimaiyyəti və şəhidin hərbçi yoldaşları iştirak ediblər.

Əli Əhmədov  şəhidin ailəsini ziyarət edib, onun valiydeynlərinə, qohumlarına başsağlığı verib. Xalqımızın belə qəhrəman oğulları ilə qürur duyduğunu deyən Baş nazirin müavini torpaqlarımızın azadlığı uğrunda canından keçən oğullarımızın qanının yerdə qalmacağını vurğulayıb.

Şəhidlər xiyabanında dəfn mərasimində  şəhid H.Abdinovun ruhuna dualar oxunub, məzarı üzərinə gül-çiçək, əklillər qoyulub.