YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazirin müavini Əli Əhmədov Avropa İttifaqının ölkəmizdəki daimi nümayəndəliyinin rəhbəri Malena Mard ilə görüşüb

Fevralın 21-də Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov Avropa İttifaqının ölkəmizdəki daimi nümayəndəliyinin rəhbəri Malena Mard ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Avropa İttifaqının nümayəndəsi Malena Mard təmsil etdiyi qurumla Azərbaycan arasında əməkdaşlığın uğurla davam etdirildiyini vurğulayıb, Avropa İttifaqının prinsip və dəyərlərinə hörmətlə yanaşan ölkəmizin Avropada gedən qlobal proseslərdə, xüsusən enerji təhlükəsizliyinin təmin olunmasında fəal iştirakından məmnunluğunu bildirib. Daha sonra Avropa İttifaqı ölkələrinin Azərbaycandan qida məhsullarının ixracına da maraq göstərdiyini diqqətə çatdıran Malena Mard təmsil etdiyi qurumun gələcəkdə də regionların inkişafı üçün zəruri olan proqramlara dəstək verəcəyini diqqətə çatdırıb.

Ölkəmiz üçün sosial siyasətin prioritet təşkil etdiyini bildirən Baş nazirin müavini Əli Əhmədov əhalinin rifahı naminə Qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi Fərman imzaladığını xatırladıb. Ərzaq sektoruna, o cümlədən aqrar sahəyə göstərilən diqqət və qayğı, bu sahənin inkişafı üçün hökumətin qəbul etdiyi qərar və sərəncamlar, fermerlərə güzəştli kreditlərin verilməsi, həyata keçirilən digər islahatlar barədə ətraflı məlumat verən Baş nazirin müavini, əhalinin sağlamlığı və qida məhsulları ilə etibarlı təminatı üçün sözügedən Fərmandan irəli gələn məsələlərin icrası məqsədilə Qida Təhlükəsizliyi Komissiyasının artıq zəruri işlərə başladığını deyib.

Azərbaycanda həyata keçirilən layihələrə Avropa İttifaqının göstərdiyi dəstəyə görə minnətdarlığını bildirən Əli Əhmədov qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsi üçün hökumət tərəfindən bütün zəruri addımların atılacağını qeyd edib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.