YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məhəbbət Vəliyeva: Bu gün şagirdlərin məktəblərdə təhsil alması üçün hər cür şərait yaradılıb

«Hazırda Təhsil Nazirliyi tərəfindən ümumtəhsilin informasiya sistemi  təkmilləşdirilir». Bunu Bakı Şəhər üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva   deyib.

M.Vəliyeva bildirib ki, sistemdəki  məlumat hər bir şagirdin  şəxsiyyət vəsiqəsi əsasında bazaya daxil ediləcək. Onun sözlərinə görə, bu, eyni zamanda uşaqların məktəbdən yayınma hallarının aradan qaldırılmasına imkan yaradacaq.

«Bu gün şagirdlərin məktəblərdə təhsil alması üçün hər cür şərait yaradılıb. Lakin məktəbdə də ailədaxili problemlərlə üzləşmək mümkündür. Ailə daxili problemlər uşaqların təhsilə davamiyyətinə də təsir edir. Bəzən valideynlər hər hansı problemə görə uşağını dərsdən yayındırır. Ona görə də, bu məsələyə xüsusi diqqət yetirilməlidir»- deyə, M.Vəliyeva qeyd edib.