YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bəhruz Quliyev: Azərbaycanda dövlət-mətbuat münasibətləri düzgün tənzimlənib

«Azərbaycanda mətbuata dövlət qayğının əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Məhz Ümumilli liderimiz tərəfindən dövlət-mətbuat münasibətlərinin düzgün qurulması istiqamətində mühüm addımlar atılıb». Bu fikirləri «SƏS» qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib.

B.Quliyev bildirib ki, bu amil dövlət-mətbuat münasibətlərinin sağlam prinsiplər əsasında inkişafında xüsusi rol oynayıb. Onun sözlərinə görə, hazırda bu siyasət Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

«Cənab Prezident dəfələrlə kütləvi informasiya vasitələrinin  rəhbərləri, Mətbuat Şurasının idarə heyətinin üzvləri ilə görüşüb, mətbuatla bağlı tənqidlərini, tövsiyələrini birbaşa özü səsləndirib, eləcə də, bu sahədə olan problemlərlə şəxsən  maraqlanıb. Məhz dövlət-mətbuat münasibətlərinin düzgün tənzimlənməsinin nəticəsidir ki, bu gün qanunvericilik orqanı olan parlamentdə belə bir görüş keçirilir. Mətbuatla parlament arasında münasibətlərin sağlam məcrada inkişafı həm dövlət, həm də ictimaiyyət üçün böyük əhəmiyyət kəsb edir. Parlamentdə KİV nümayəndələri ilə görüşün keçirilməsi çox müsbət haldır. Kimliyindən, siyasi əqidəsindən asılı olmayaraq, ümumilli məsələlərdə biz eyni mövqedən çıxış etməliyik. Xüsusilə, Qarabağ problemi, o cümlədən Xocalı soyqırımı ilə əlaqədar birlik nümayiş etdirməli və Azərbaycanın səsini dünyaya çatdırmalıyıq»- deyə, B.Quliyev vurğulayıb.