YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kişinyovda ilk Moldova-Türkiyə-Azərbaycan biznes forumu keçirilib

Kişinyovda Türkiyənin Moldovadakı səfirliyinin təşkilatçılığı ilə ilk dəfə olaraq Moldova-Türkiyə-Azərbaycan biznes forumu keçirilib.

Biznes-forum Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) nümayəndə heyətinin Moldova Respublikasına səfəri çərçivəsində baş tutub.

ATİB-dən bildirilib ki, ATİB İdarə Heyətinin sədri Cemal Yangın forumda rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb.

İdarə Heyətinin sədri ATİB-in Moldova iş adamlarını birləşdirən qurumlarla daha yaxın əməkdaşlıqda maraqlı olduğunu və bunun region əhalisinin rifahının artırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyinə əminliyini ifadə edib.