YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti milli bayram münasibətilə litvalı həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Litvanın milli bayramı münasibətilə dövlət başçısı xanım Dalya Qribauskayteyə təbrik məktubu göndərib.

Dövlətimizin başçısı məktubda Azərbaycan-Litva dostluğunun və əməkdaşlığının, daim genişlənməkdə olan siyasi, iqtisadi və mədəni əlaqələrimizin bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəyinə inandığını bildirib.

Prezident İlham Əliyev Prezident Dalya Qribauskayteyə möhkəm cansağlığı, işlərində uğurlar, dost Litva xalqına daim sülh və rifah diləyib.