YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ukraynanın sabiq prezidentləri V Qlobal Bakı Forumunda iştirak edəcəklər

Ukraynanın sabiq prezidentləri Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşşenko martın 16-17-də keçiriləcək V Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə Azərbaycana səfər edəcəklər.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan Ukraynanın üçüncü Prezidenti Viktor Yuşşenko Rusiya Federasiyasının sabiq dövlət katibi və Baş nazirin müavini Gennadiy Burbulislə birgə Forumda “Baltik-Qara dəniz Təhlükəsizlik İcmasının yaradılması: Fəaliyyət Planına doğru” adlı paneli təqdim edəcək. “Xarici əlaqələrin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan Forumda transatlantik münasibətlərin gələcəyi, terrorizmlə mübarizə, beynəlxalq münasibətlərdə Çinin rolu və digər məsələlər müzakirə ediləcək.

V Qlobal Bakı Forumunu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi həyata keçirir. Forumda Latviyanın, Albaniyanın, Makedoniyanın, Monteneqronun və digər ölkələrin hazırkı prezidentləri, eləcə də bir sıra tanınmış ictimai-siyasi xadimlər, elm adamlarının iştirakı planlaşdırılır.

Qeyd edək ki, Viktor Yuşşenko əvvəlki forumlarda da iştirak edib, L.Kravçuk və L.Kuçma isə III Qlobal Bakı Forumuna qatılıblar.