YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin insan hüquqları komitəsinin iclasında iki qanun layihəsinə dəyişikliklər müzakirə edilib

Fevralın 15-də Milli Məclisin insan hüquqları komitəsinin iclası keçirilib.

Milli Məclis sədrinin müavini, komitənin sədri Bahar Muradova gündəlikdə duran məsələlər barədə məlumat verib. Bildirilib ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə layihədə əsas yeddi maddəyə dəyişiklik olunması və bir yeni fəslin daxil edilməsi nəzərdə tutulur. İkinci maddəyə səkkiz yeni anlayış daxil edilir.

Eyni zamanda, qanunun altı maddəsinə texniki dəyişiklik edilir və “Yeni internet informasiya ehtiyatları” adlı fəsil əlavə olunur.

Diqqətə çatdırılıb ki, “Telekommunikasiya haqqında” Qanunun üç maddəsində dəyişiklik olunur və yeni bir maddə əlavə edilir.

İclasda çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə hər iki qanun layihəsinin ölkəmizdə informasiya cəmiyyətinin inkişaf etdirilməsinə töhfə baxımından əhəmiyyətini qeyd edib. Bildirib ki, bu dəyişikliklərin mahiyyəti internetdə mövcud olan qanunazidd fəaliyyətin müəyyən qədər aradan qaldırılması ilə bağlıdır. Ancaq bütövlükdə informasiya cəmiyyətinin inkişaf etdirilməsi Azərbaycanda həyata keçirilən ümumi inkişaf strategiyasının tərkib hissəsidir.

Sonra nazir müavini deputatları maraqlandıran sualları cavablandırıb.

Müzakirələrdən sonra hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

DİGƏR Xəbərlər Arxiv