YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Ermənistan hakimiyyəti cəbhədə təxribatlara əl atmaqla öz daxilində sakitlik yaratmağa çalışır

«Ötən ilin aprel hadisələrindən sonra Ermənistanın daxilində baş verən hadisələr artıq göz qarşısındadır. Həm iqtisadi tənəzzül, həm daxili qarşıdurmalar nəticəsində işğalçı  ölkənin rəhbərliyi idarəçiliyi tamamilə itirir. Ermənistanın cinayətkar rəhbərliyi sərhəddə, təmas xəttində də təxribatlar törətməyə cəhd edirlər». Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

S.Novruzov bildirib ki, Azərbaycan Ordusu düşmənin təxribatlarına layiqli cavab verməklə, həm onlara ikiqat zərbə vurur, həm də Ermənistan ordusunun nə qədər çürük, rəhbərliyinin nə qədər cinayətkar olduğunu ortaya qoyur. Onun sözlərinə görə, Ermənistan başqa təxribatlara da əl atır.

«Düşmən ölkə diaspor təşkilatları vasitəsilə ayrı-ayrı dövlətlətlərin rəsmi şəxslərinə, siyasətçilərinə təsir edir. Bununla   yanaşı, Ermənistan tərəfi Azərbaycandan olan bəzi şəxslərin onlara vətəndaşlıq haqda müraciətindən də istifadə edərək öz cəmiyyətində sakitlik yaratmağa çalışır.

«Azərbaycandan bir nəfər şəxs, qəzet redaktoru Ermənistana müraciət edərək onlardan sığınacaq istəməklə yanaşı, ermənilərlə dost-qardaş olduğunu bəyan edib. Onun ailə üzvləri buna kəskin münasibət bildiriblər. Bu şəxs bir neçə il öncə  prezidet seçkiləri zamanı “Milli şura” adlanan dərnəyin ən böyük ruporlarından və onların namizədlərinin ən çox təbliğatçılarından biri idi. İndi görün hansı satqınlar vaxtilə Azərbaycana rəhbərlik etmək arzusuna düşmüşdülər və onları müdafiə, təbliğ edən kimlərdir. Bizim mübarizəmiz bu cür vətən xainlərinə qarşıdır»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.