YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə İran arasında maliyyə-bank əməkdaşlığı müzakirə edilib

Azərbaycan ilə İran arasında maliyyə-bank əməkdaşlığı müzakirə edilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, müzakirələr Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri, İqtisadiyyat naziri Şahin Mustafayevin, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun, Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlının iştirakı ilə İran İslam Respublikasının Mərkəzi Bankının sədri Vəliyullah Seyfin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə aparılıb.

Görüşdə Azərbaycan və İran arasında maliyyə-bank sahəsində əməkdaşlığın mövcud vəziyyəti, bu sahədə əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilib.