YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Lapşinin Azərbaycana ekstradisiyası milli maraqlarımıza uyğun siyasətin nəticəsidir

“Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edən blogger Aleksandr Lapşin ölkəmizin işğal edilmiş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bu ərazilərə qanunsuz səfərlər edib. O, burada qeyri-qanuni fəaliyyət göstərən rejimin “müstəqilliyi”ni dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlarla çıxış edib”. Bu fikirləri AŞPA-nın komitə sədri, Milli Məclisin deputatı Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, A.Lapşin ölkəmizin qanunvericiliyini kobud şəkildə pozub. Onun sözlərinə görə, Lapşinin Azərbaycana ekstradisiyası Azərbaycan Prezidentinin həyata keçirdiyi müstəqil, milli maraqlara uyğun, məqsədyönlü siyasətinin nəticəsi, Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsidir.
“Dövlətimizin başçısının qətiyyətli siyasi iradəsi öz nəticəsini verdi və bir daha bəlli oldu ki, Azərbaycanın suverenliyinə - ərazi bütövlüyünə qarşı yönəlmiş hərəkətlərə adekvat cavablar veriləcək, ölkəmiz bütün məsələlərdə öz milli mənafeyini əsas tutacaq. Məhz Prezident İlham Əliyevin qətiyyətli siyasəti Azərbaycanın dövlət maraqlarının - milli mənafelərinin reallaşdırılmasında öz əksini tapır. Prezident İlham Əliyev prinsipial, ardıcıl, düşünülmüş siyasət həyata keçirir, beynəlxalq arenada Azərbaycanın mənafelərini cəsarətlə və qətiyyətlə müdafiə edir”, - deyən S.Qafarova əlavə edib ki, bu hadisə həmçinin işğalçı Ermənistana, erməni diasporuna və lobbisinə ciddi zərbə oldu.