YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rasim Musabəyov: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Madrid prinsipləri mövcuddur və burada ərazi bütövlüyü məsələsi əsas məsələdir

«Fransa prezidenti Fransua Ollandın Dağlıq Qarabağ münaqişəsi haqqında son fikirləri ədalətsizdir». Bu fikri Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, xüsusilə onun  “əhalisi”nin öz müqəddəratını təyinetməsi ilə bağlı səsləndirdiyi fikirlər qəbuledilməzdir. Onun sözlərinə görə, belə fikirlərin  Minsk qrupunun həmsədri olan dövlətin rəhbəri tərəfindən səsləndirilməsi təəssüf doğurur.

«Yəqin ki, Olland bu fikirləri deməklə qarşıdakı seçkilərdə öz partiyası üçün ermənilərin dəstəyini qazanmaq istəyir. Çünki Fransada erməni diasporu güclüdür. na ermənilərin dəstəyini qazanmağa yönəlib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı  Madrid prinsipləri mövcuddur və burada ərazi bütövlüyü məsələsi əsas məsələdir»- deyə, deputat qeyd edib.