YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Edqars Rinkeviçs: Latviya Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişin imzalanmasını istəyir

Latviya Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişin imzalanmasını istəyir.

Bu barədə Latviya Respublikasının xarici işlər naziri Edqars Rinkeviçs fevralın 13-də azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə keçirdiyi görüşün yekunlarına dair təşkil olunan mətbuat konfransında deyib.

Nazir bildirib: “Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər strateji əməkdaşlığa əsaslanmalıdır. Biz “Şərq tərəfdaşlığı” çərçivəsində Sammitə hazırlaşırıq. Çalışacağıq ki, Sammitə qədər bu sənəd imzalansın. Həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında enerji və nəqliyyat sahəsində əməkdaşlıqda maraqlıyıq”.