YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov: Azərbaycan-Latviya münasibətləri strateji xarakter daşıyır

Azərbaycanın xarici işlər naziri Elman Məmmədyarov fevralın 13-də latviyalı həmkarı Edqars Rinkeviçs ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib ki, ölkələrimiz arasında münasibətlər strateji xarakter daşıyır.

Nazir rəsmi Riqanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb, buna görə Latviya tərəfinə minnətdarlıq edib.

Elmar Məmmədyarov həmkarı ilə görüşdə Avropa İttifaqı çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələsinin də müzakirə olunduğunu qeyd edib. O, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığa dair yeni Saziş üzrə danışıqların başladığını xatırladıb. Əlavə edib ki, bu Saziş strateji tərəfdaşlıq üçün yaxşı baza yaradır: “Bizim artıq enerji sahəsi üzrə strateji tərəfdaşlığımız var. Bugünkü müzakirələrimiz yalnız enerji deyil, həmçinin nəqliyyat sahələrini əhatə etdi”.

Xarici işlər naziri Edqars Rinkeviçs Azərbaycanla Latviya arasında intensiv dialoq aparıldığını bildirib. O, Latviyanın Avropa İttifaqı ilə Azərbaycan arasında yeni Sazişin imzalanmasını istədiyini deyib: “Hesab edirik ki, tərəflər arasında münasibətlər strateji əməkdaşlığa əsaslanmalıdır Biz “Şərq tərəfdaşlığı” çərçivəsində növbəti sammitə hazırlaşırıq. Tam əmin deyilik, amma çalışacağıq ki, həmin sammitə qədər bu sənəd imzalansın. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji və nəqliyyat layihələri sahəsində əməkdaşlığın inkişafında maraqlıyıq”.

Latviyalı nazir ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupu tərəfindən aparılan danışıqları dəstəklədiyini diqqətə çatdırıb.