YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mixeil Canalidze: Azərbaycan ilə Gürcüstan arasında çoxşaxəli əlaqələr mövcuddur

Azərbaycan və Gürcüstan strateji tərəfdaşdırlar. Ölkələrimiz arasında çoxşaxəli əlaqələr mövcuddur.

Bu sözləri Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze fevralın 13-də azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə keçirdiyi görüşün yekunlarına dair təşkil olunan mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, tezliklə iki ölkə arasında əlaqələrin qurulmasının 25 illiyi qeyd ediləcək. Bu illər ərzində ölkələrimiz arasında yalnız dostluq münasibətləri olub. İnanırıq ki, bundan sonra da bu əlaqələr daha da inkişaf edəcək.

Görüşün məzmununa toxunan nazir bildirib ki, burada əsasən ticari və iqtisadi əlaqələr müzakirə olunub. Dünya iqtisadiyyatında baş verən problemlərlə bağlı ötən il iki ölkə arasında iqtisadi əlaqələrin o qədər də yaxşı olmadığını bildirən gürcüstanlı nazir bu il vəziyyətin bərpa olunacağına inandığını bildirib.

 

DİGƏR Xəbərlər Arxiv