Xəbərlər
Elmar Məmmədyarov: Bu ilin birinci yarısında Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli görüşü keçiriləcək

Bu ilin birinci yarısında Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli görüşü keçiriləcək.
Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gürcüstanlı həmkarı Mixeil Canelidze ilə fevralın 13-də keçirdiyi mətbuat konfransında məlumat verib.
Görüşdə müzakirə olunan məsələlər barədə danışan E.Məmmədyarov GUAM çərçivəsində strateji əməkdaşlığı genişləndirmək, enerji, ticarət, nəqliyyat əlaqələrinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldığını deyib.