YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pakistan Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanı dəstəkləyəcək

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Pəncaba səfəri çərçivəsində bu əyalətin baş naziri Şahbaz Şərif ilə görüşüb.

Səfir Azərbaycan ilə Pakistanın bir-birinə dəstəyini qardaşlıq münasibətlərinin təzahürü kimi xarakterizə edib, ötən dövr ərzində Pakistan Prezidenti Məmnun Hüseynin və Baş nazir Nəvaz Şərifin Azərbaycana uğurlu səfərlərinin həyata keçirildiyini, ölkələrimizin ticarət-iqtisadi əlaqələrinin daha da inkişafı istiqamətində səylərin artırıldığını bildirib.

Azərbaycan rəhbərliyinin tapşırığına əsasən ölkəmizin müvafiq biznes strukturlarının nümayəndələrinin İslamabad, Ravalpindi və Pəncab əyalətinin Lahor şəhərlərinə səfər etdiyini bildirən səfir Pəncab əyaləti ilə də əlaqələrin genişləndirilməsində azərbaycanlı iş adamlarının maraqlı olduqlarını qeyd edib.

Ə. Əlizadə Pəncab əyalətinin Multan şəhəri ilə Azərbaycanın Gəncə şəhərinin qardaşlaşmış şəhərlər olduğunu qeyd edib, Lahor şəhəri ilə də əlaqələrin yaradılması imkanlarına dair fikir mübadiləsi aparıb.

Şahbaz Şərif Pakistanın Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanı dəstəkləyəcəyini və Pəncab əyalətinin də Azərbaycan ilə əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayıb.

Baş nazir Azərbaycanın müvafiq biznes strukturlarının nümayəndələrinin Lahor şəhərinə səfərinin əlaqələrin inkişafına müsbət təsir göstərəcəyini bildirib. Qeyd edib ki, bu ilin aprel ayında Pəncab əyalətində biznes imkanları ilə bağlı beynəlxalq konfrans keçiriləcək və bu tədbirdə Azərbaycan nümayəndə heyətinin də iştirakı gözlənilir.

 

DİGƏR Xəbərlər Arxiv