YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rövşən Rzayev: Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr dinamik inkişaf edir

«Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr dinamik inkişaf edir». Bu fikri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib.

R.Rzayev bildirib ki, Azərbaycanın xarici siyasəti müstəqil prinsipə əsaslanır və bu prinsip də milli maraqları özündə ehtiva edir. Onun sözlərinə görə, Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətində Avropa İttifaqı ilə münasibətlərə xüsusi əhəmiyyət verir.

«Dövlətimizin  başçısının Brüsselə səfəri və Avropa İttifaqının rəsmiləri ilə apardığı müzakirələr ikitərəfli əlaqələrin inkişafında çox ciddi rol oynayacaq. Təbii ki, Aİ güclü maliyyə-iqtisadi və siyasi mərkəz kimi bizim üçün əhəmiyyətlidir. Çünki Aİ ilə əlaqələr nəticə etibarilə bizim üzləşdiyimiz problemlərin, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərə bilər. Aİ Şərqlə Qərb, Şimalla Cənub arasında münasibətlərin intensivləşməsində Azərbaycanın əhəmiyyətini dərk edir. Azərbaycan Şərqlə Qərb arasında körpü rolunu oynayır. Ona görə də, bu coğrafi məkanlar arasında iqtisadi münasibətlərin intensivləşməsində Azərbaycanın əhəmiyyəti getdikcə artır» - deyə, R.Rzayev vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv