YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Flora Qasımova: Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı sərəncam insanlarımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb

«Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı sərəncam insanlarımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb». Bu fikri Milli Məclisin deputatı Flora Qasımova deyib.

F.Qasımova bildirib ki, bu hadisə Azərbaycan vətəndaşlarının ürəyindən keçən arzunun reallaşması deməkdir. Onun sözlərinə görə, illərdir xalqımızın gözü Qarabağa gedən yoldadır.

«Hər kəs doğma torpaqlara qayıdacağımız günü səbirsizliklə gözləyir. Ötən ilin aprel döyüşlərindən sonra böyük qələbənin bizə nə qədər yaxın olduğuna bir daha əminlik yarandı. Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi ortadadır. Bütün çıxışlarında dövlət başçısı vurğulayır ki, Azərbaycan bir qarış torpağını da güzəştə getməyəcək. Dövlət başçısının mütəmadi olaraq təmas xəttinə səfər edib hərbçlərlə, insanlarla görüşmələri hər zaman böyük ruh yüksəkliyi yaradır. Ən çox sevinən isə Cocuq Mərcanlının sakinləri oldu. Çünki Azərbycanın 21 rayonunda məskunlaşan bu kəndin əhalisinin illərdir ki, həsrətində olduğu gün yetişdi. Dövlət başçısının bu sərəncamı  bütün məcburi köçkünlərə xoş mesaj oldu»- deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv