Xəbərlər
Parisdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan musiqi proqramı təqdim ediləcək

Fevralın 26-da Avropa Azərbaycan Cəmiyyəti Parisdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilən musiqi proqramı təqdim edəcək.
Bu barədə məlumatı Avropa Azərbaycan Cəmiyyəti özünün "facebook" səhifəsində yerləşdirib.
Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar təqdim ediləcək musiqi proqramında Nəzrin Rəşidova (skripka), Lionel Andrey (klarnet) və “CHAGALL” kvarteti çıxış edəcək.