Xəbərlər
Şahin Mustafayev: Ötən il Azərbaycanla Belarus arasında ticarət dövriyyəsi 33 faiz artıb

Ötən il Azərbaycanla Belarus arasında ticarət dövriyyəsi 33 faiz artıb.
Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib. O bildirib ki, Belarusda 69 Azərbaycan şirkəti, Azərbaycanda isə 31 Belarus şirkəti fəaliyyət göstərir. Gəncə Avtomobil Zavodunda Minsk Traktor və Avtomobil zavodları ilə birgə istehsal təşkil edilib və 2007-2016-cı illərdə 10 mindən çox traktor, avtomobil, qoşqular və digər avadanlıqlar istehsal edilib.
Azərbaycan məhsullarının Belarusa ixracının artırılması məqsədilə Belarusda “Azərbaycan Ticarət Evi”nin təşkilinə başlanıb.