YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident Administrasiyasının rəsmisi: Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası sırf hüquqi məsələdir

Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası məsələsini siyasiləşdirmək lazım deyil. Bu, beynəlxalq, dövlətlərarası münasibətlərdə sırf hüquqi bir məsələdir.

Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bu fikri fevralın 11-də jurnalistlərə müsahibəsində bildirib.

“Hüquqa xidmət etmək bu gün beynəlxalq münasibətlər üçün çox vacibdir”, - deyən Novruz Məmmədov əlavə edib ki, bu zaman dövlətlər arasında qarşılıqlı anlaşma, səmimiyyət, əməkdaşlıq da uğurlu olur və bir-birinə inam möhkəmlənir. Bu hadisənin baş verməsi həm də bütün dünya dövlətləri üçün yaxşı bir nümunə oldu ki, bir-birinə kömək etmək, bu cür addımlar atmaq lazımdır.

Prezident Administrasiyası rəhbərinin müavini vurğulayıb ki, Lapşinin ekstradisiyası hüquqi prosesdir, qayda-qanun, ədalət çərçivəsində həll olunub. Bu, beynəlxalq hüquqda öz əksini tapıb. Təəssüf ki, bu məsələdən sui-istifadə edib ölkələr arasında münasibətlərə xələl gətirmək istəyən qüvvələr var idi. Ancaq bunun heç bir nəticəsi olmadı və olmayacaq. Azərbaycan ilə Rusiya arasında əlaqələrin böyük tarixi var. Ölkələrimiz arasındakı mehriban qonşuluq, dostluq, strateji tərəfdaşlıq əlaqələri möhkəm təməl üzərində qurulub. Bizim əlaqələrimizə xələl gətirmək mümkün deyil.

Novruz Məmmədov qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən şəxs yalnız Azərbaycanın razılığı ilə bunu etməlidir. Əgər biz həmin ərazilərimizə səfər edilməsinə razılıq vermiriksə, onda bu səfər qeyri-qanuni olacaq. Biz əlbəttə ki, öz hüququmuzun təmin olunmasını hər zaman tələb edəcəyik.