YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı işləri uğurla davam etdirilir

Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı işləri uğurla davam etdirilir.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov kollegiya iclasında deyib.

Nazir ötən il bu təbəqələrdən olan 288 nəfərin mənzillə (o cümlədən 118 nəfərin yeni inşa olunmuş binalardan mənzillə, 170 nəfərin isə fərdi yaşayış evi ilə) təminatının həyata keçirildiyini, 140 nəfər imtiyazlı şəxsin dövlət büdcəsi hesabına avtomobillə təmin edildiyini diqqətə çatdırıb. “Ümumilikdə, dövlət başçısının müvafiq fərman və sərəncamları sosial təminat sisteminin bütün istiqamətləri üzrə artım dinamikasının davam etməsinə şərait yaradıb. Misal üçün, ötən il əmək pensiyalarının orta aylıq məbləği 2016-cı ilin əvvəlinə nisbətən 8,2 faiz artaraq 192,18 manata, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 213,81 manata çatıb. Sosial müavinət və təqaüdlərin orta aylıq məbləği 2016-cı ilin əvvəlinə nisbətən 10 faiz artıb. Keçən il 483,5 min nəfərə aylıq və birdəfəlik sosial müavinət, 57,8 min nəfərdən çox şəxsə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdləri ödənilib ki, bu məqsədlərə yönələn vəsaitin məbləği 2015-ci illə müqayisədə 35,2 milyon manat və ya 11,6 faiz çox olub. Həmçinin Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanlarına əsasən Azərbaycanın Milli Qəhrəmanları üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün aylıq məbləği 2016-cı ilin 1 noyabr tarixindən artırılaraq 1000 manatdan 1300 manata çatdırılıb”, - deyə S.Müslümov əlavə edib.