YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İmamverdi İsmayılov: Dağlıq Qarabağ probleminin həlli dövlətimizin həyata keçirdiyi siyasətin əsasını təşkil edir

«Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlarda üstünlük əldə etməsi faktı artıq həm düşmən ölkə, həm də beynəlxalq ictimaiyyət tərəfindən etiraf edilir». Bu fikri Milli Məclisin deputatı  İmamverdi İsmayılov deyib.

İ.İsmayılov bildirib ki, Dağlıq Qarabağ probleminin həlli dövlətimizin  həyata keçirdiyi siyasətin əsasını təşkil edir. Onun sözlərinə görə, Azərbaycan dövləti illərdir ki, öz müdafiə müdafiə xərclərinin artırılması istiqamətində mühüm işlər aparır.

«Ölkə başçısının yürütdüyü uğurlu hücum diplomatiyası Ermənistanı beynəlxalq müstəvidə də iflic duruma salıb. Ermənistan bütün dünyaya erməni lobbisinin səyi ilə yalan informasiyalar ötürərək Azərbaycanın haqq səsini yayılmasına mane  çalışsa da, əsası Ulu öndər tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən güclü xarici siyasət strategiyası erməni yalanlarının ifşa olunması ilə nəticələnir”. Azərbaycan dövlətinin qətiyyəti işğalçı Ermənistanın regionda həyata keçirilən bütün layihələrdən kənarda qalmasını şərtləndirib»- deyə, İ.İsmayılov vurğulayıb.