YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Ermənistan işğalçı siyasət yürütməklə Cənubi Qafqaz regionunun ümumi inkişaf trayektoriyasından kənarda qalıb

«Öz qonşularına qarşı işğalçı siyasət yürütməklə Cənubi Qafqaz regionunun ümumi inkişaf trayektoriyasından kənarda qalan Ermənistan olduqca ağır sosial-iqtisadi günlərini yaşayır». Bu fikri Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, Ermənistanda korrupsiyanın genişlənməsi, oliqarxların mübarizəsi bütün sahələrdə iflic durumunun yaranmasına səbəb olub.

«Ötən ilin aprelində Ermənistan hakimiyyətinin bütün yalanları ifşa olundu. Erməni xalqı bir daha Sarkisyan komandasının “Qarabağ kartı”ndan yalnız hakimiyyətdə qalmaq üçün istifadə etdiklərinin şahidi oldu. Bu gün Ermənistan hakimiyyətində xaos açıq şəkildə özünü göstərir. Bu isə öz növbəsində korrupsiyanın çiçəklənməsinə yol açır. Artıq bu faktın xarici bir ölkənin səfirinin dilindən səsləndirilməsi Sarkisyan hakimiyyətinin tənəzzülündən xəbər verir. Bu gün Ermənistan əhalisinin, demək olar ki, yarısı ölkəsini tərk etmək məcburiyyətində qalıb. Sarkisyan hakimiyyətinin ölkədə yaratdığı monopolist durum, eləcə də ordudakı eybəcərliklərin açıq şəkildə cəmiyyət tərəfindən müşahidə edilməsi bu prosesi daha da sürətləndirir»- deyə, R.Musabəyov qeyd edib.