YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov Gürcüstanın ədliyyə naziri Tea Tsulukianinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanın ədliyyə naziri Tea Tsulukianinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, görüşdə dost və qonşu dövlətlər olan Azərbaycan ilə Gürcüstan arasında tərəfdaşlığın hərtərəfli inkişafından məmnunluq ifadə olunub.

Tərəflər ölkələrimiz arasında ədliyyə, penitensiar və notarial xidmətlər sahəsində uğurlu əməkdaşlığın və təcrübə mübadiləsinin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.