YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Azərbaycan xalqı birmənalı şəkildə inanır ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə biz torpaqlarımızı mütləq işğaldan azad edəcəyik

«Beynəlxalq hüquq yerinə yetirilmədikdə terror hadisələri, bir ölkənin başqa bir ölkənin ərazilərini işğal etməsi məsələsi, yəni insan qanının axması artır. Ona görə də Belarus dövləti beynəlxalq hüquq normalarına söykənərək,  Azərbaycanın işğal olunmuş ərazilərinə dəfələrlə qanunsuz səfər edən və işğal faktına dəstək yönümlü çağırışlar edən Aleksandr Lapşini Azərbaycana təhvil verdi». Bu fikirləri Yeni Azərbaycan Partiyasının  İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, Lapşinin Azərbaycana verilməsi böyük əhəmiyyət kəsb edir.  Onun sözlərinə görə, indi bütün dünya biləcək ki, hansısa əcənəbinin bir daha Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-rəsmi, qanunsuz olaraq səfər etməsi həmin adama xeyir gətirməyəcək: «Mən əminəm ki, ayrı-ayrı ölkələrdə insanların erməni lobbisi tərəfindən aldadılaraq, Azərbaycanın işğal olunmuş ərazilərinə turist adı ilə göndərilməsi hallarına son qoyulacaq. Belə səfərə gedən hər kəs onu da Lapşinin taleyinin gözləyəcəyini biləcək».

«Hazırda elə bir dönəmdə yaşayırıq ki, dünyanın qabaqcıl ölkələri də balanslı siyasət həyata keçirə bilmirlər. Biz Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin siyasəti nəticəsində ölkəmiz beynəlxalq müstəvidə böyük uğurlar qazanır. Azərbaycan dünyanın belə bir mürəkkəb  dönəmində nəinki regionun, hətta dünyanın ən stabil ölkələrindəndir. Hesab edirəm ki, dövlətimizin başçısı  İlham Əliyevin bacarığı, güclü iradəsi, əzmi sayəsində Azərbaycan öz hədəflərinə çatacaq. Bu hədəflərin başında ərazi bütövlüyümüz, ərazilərimizin işğaldan azad edilməsi məsələsi durur. Ötən ay Azərbaycan Prezidenti Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpa olunması haqqında Sərəncam imzaladı. Bu Sərəncamın çox böyük mənəvi üstünlüyü var. Bu o deməkdir, dövlətimiz digər ərazilərimizi də işğaldan azad edəcək və insanlar öz doğma yurdlarına qayıdacaqlar. Bu hadisə həm işğalçı Ermənistana, həm də bütün dünyaya bir mesaj oldu. Bu gün ölkəmizdə elə bir ruh yüksəkliyi var ki, hər kəs, xüsusilə gənclər Ali Baş Komandanın əmri ilə hər an silaha sarılmağa hazırdılar. Biz belə bir gəncliyimizlə fəxr edirik. Şəhid Çingiz Qurbanovun erməni tərəfindən geri alınması Azərbaycan Prezidentinin qətiyyətli mövqeyinin nəticəsdir. Dövlət başçısının Çingiz Qurbanova Milli Qəhrəman fəxri adını verməsi isə bir daha torpaqlarımızın azadlığı uğrunda fədakarlıq edən insanlarımza yüksək diqqət və ehtiramının nümunəsidir. Prezidentimiz Çingizin ailə üzvləri ilə görüşündə də onun qəhrəmanlığını xüsusi vurğulayıb.   Bütün bunlar hər bir vətəndaşda böyük ruh yüksəkliyi yaradır. Azərbaycan xalqı birmənalı şəkildə inanır ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə biz torpaqlarımızı mütləq işğaldan azad edəcəyik»- deyə, E.İbrahimov vurğulayıb.