YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası pozucu mövqedə duran hər kəsə bir mesajdır

Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş Aleksandr Lapşinin ölkəmizə ekstradisiyası pozucu mövqedə duran hər kəsə bir mesajdır. Digər ölkələrin vətəndaşları bu işi təşkil edən Ermənistanın, erməni lobbisinin təşviqatına, yalançı təbliğatına uymamalı, bundan dərs götürməlidir.

Bu fikirləri Milli Məclis sədrinin müavini, parlamentin insan hüquqları komitəsinin sədri Bahar Muradova deyib.

Bahar Muradova bildirib ki, bu, eyni zamanda, Azərbaycan dövlətinin Dağlıq Qarabağa münasibətdə belə qanun pozuntuları ilə müşahidə olunan cəhdlərə göstərdiyi qətiyyətli mövqeyin nəticəsidir. Bu addım indiyədək Azərbaycana qarşı bu cür hərəkətə yol verənlərin öz səhvlərini anlaması və Azərbaycan hökumətinin müvafiq qurumlarına müraciət edərək belə bir yanlışlığa görə üzrxahlıq etməsinə şərait yaradır.