YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Parlament əhalinin sağlamlığının qorunmasının hüquqi bazasının gücləndirilməsini daim diqqət mərkəzində saxlayır

«Milli Məclisin yaz sessiyası kifayət qədər məhsuldar olacaq. Sessiyanın iş planına daxil olan məsələlər bunu deməyə tam əsas verir». Bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı deyib.

M,İbrahimqızı bildirib ki, parlament hər zaman ölkəmizin inkişafına xidmət edən qanunvericilik aktlarını müzakirəyə çıxararaq qəbul edir. Onun sözlərinə görə, cəmiyyətimiz inkişaf etdikcə, bir sıra qanunlara da yeniliklər etmək zərurətə çevrilir ki, parlamentdə müntəzəm olaraq bir çox qanunlara əlavə və dəyişikliklər  olunur.

«Bu baxımdan, parlamentin yaz sessiyasının qanunvericilik işləri planına da çox mühüm qanun layihələri daxil edilib. Onların sırasında «Psixoloji yardım haqqında», “Reproduktiv sağlamlığın qorunması” və digər qanun layihələri qeyd etmək olar. Göründüyü kimi, iş planında tibb, əhalinin sağlamlığı ilə əlaqədar qanun layihələri də var. Bu o deməkdir ki, Milli Məclis əhalinin sağlamlığının qorunmasının hüquqi bazasının gücləndirilməsini daim diqqət mərkəzində saxlayır. Eləcə də, zərurət yarandıqca parlamentin Səhiyyə komitəsi bu sahədə yeni layihələr hazırlayaraq müzakirəyə təqdim edəcək»- deyə, M.İbrahimqızı vurğulayıb.