YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası separatçılarla işbirliyi quranlara dərsdir

Aleksandr Lapşinin Azərbaycana ekstradisiya edilməsi ölkəmizin qanunlarını pozaraq separatçılarla işbirliyi quranlara bir dərsdir. Bu ekstradisiya Prezident İlham Əliyevin prinsipial, ardıcıl, düşünülmüş siyasət həyata keçirdiyini, beynəlxalq arenada Azərbaycanın mənafelərini cəsarətlə və qətiyyətlə müdafiə etdiyini bir daha göstərdi. Azərbaycan ictimaiyyəti bir daha əmin oldu ki, Prezident İlham Əliyev milli maraqlarımızı hər şeydən uca tutur.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov bildirib.

“Hər bir əcnəbi bilməlidir ki, Azərbaycanın qanunlarını pozanların aqibəti Lapşin kimi olacaq”, - deyən Bayram Səfərov qeyd edib ki, onun Azərbaycana ekstradisiya edilməsi məsələsinə siyasi don geyindirilməsi cəhdləri uğursuzluğa düçar olacaq. Lapşinin Azərbaycana ekstradisiyası beynəlxalq hüquqa tam uyğun şəkildə həyata keçirilib.

Bayram Səfərov Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycanın müraciətini nəzərə alaraq qəti və obyektiv qərar qəbul edib A.Lapşinin Azərbaycana ekstradisiyası üçün ciddi siyasi iradə və mərdlik nümayiş etdirdiyini vurğulayıb. O, bu hadisənin Azərbaycanla Belarus arasında dostluq münasibətlərinin parlaq nümunəsi olduğunu diqqətə çatdırıb.

 

DİGƏR Xəbərlər Arxiv