YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Əsrin müqaviləsi”nin 20 illiyi münasibətilə rəsm müsabiqəsi elan edilib

Sentyabrın 20-də Azərbaycanın müasir enerji strategiyasının həyata keçirilməsində mühüm rol oynamış “Əsrin müqaviləsi”nin imzalanmasının 20 ili tamam olur. Bu əlamətdar hadisə münasibətilə “Art Energy-20” rəsm müsabiqəsi elan edilib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən bildiriblər ki, müsabiqəyə təqdim olunan əsərlər yüksək bədii tələblərə cavab verməklə yanaşı, Azərbaycan neft sənayesinin tarixini, “Əsrin müqaviləsi”nin, habelə Bakı-Tbilisi-Ceyhan, “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz” layihələrinin respublikamızın sosial və iqtisadi inkişafındakı rolunu, neftçilərin fədakar əməyini və ölkə iqtisadiyyatının inkişaf dinamikasını tərənnüm etməlidir. ARDNŞ-in, Mədəniyyət və Turizm Nazirliyinin, Rəssamlar İttifaqının nümayəndələrindən və tanınmış rəssamlardan ibarət münsiflər heyəti əsərlərə baxış keçirəcək və qaliblər açıq səsvermə yolu ilə müəyyən olunacaq.