YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bolqarıstanın energetika naziri: "Cənub qaz dəhlizi" cənub-şərqi Avropa üçün strateji əhəmiyyət daşıyır

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub qaz dəhlizi" cənub-şərqi Avropanın bütün regionu üçün strateji əhəmiyyət daşıyır. Bunu Trend-ə eksklüziv olaraq Bolqarıstanın yeni təyin olunmuş energetika naziri Nikolay Pavlov deyib.

Nazir bildirib ki, qaz nəqlinin təhlükəsizliyinin təmin olunması Avropa energetika ittifaqının əsas prioritetlərindən biridir: "Bu prioritetli məsələnin reallaşdırılması nəticəsində qaz nəqli mənbələrinin diversifikasiyası təmin ediləcək".

N.Pavlov qeyd edib ki, Bolqarıstan bu layihəni ilk gündən dəstəkləyir.

Onun sözlərinə görə, Azərbaycan və Bolqarıstan xüsusilə energetika sahəsində çox gözəl əməkdaşlıq münasibətləri qurublar.

Nazir qeyd edib ki, nümunə kimi Bulgar Gas və SOCAR arasında 2013-ci ildə imzalanmış və gündəlik bir milyard kubmetr qazın satışını nəzərdə tutan müqaviləni göstərmək olar.