YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov: Azərbaycan Ermənistandakı Metsamor AES-lə bağlı vəziyyətdən narahatdır

Azərbaycan Ermənistandakı Metsamor AES-lə bağlı vəziyyətdən narahatdır.

Bu sözləri "RİA Novosti"yə müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. /Trend/

Onun sözlərinə görə, bu stansiya artıq köhnəlmiş hesab olunur.

Nazir deyib: “Biz hər zaman regional tərəfdaşlarımızla birgə Metsamor AES-lə bağlı narahatlığımızı ifadə edirik. O artıq çox köhnəlib, demək olar ki, “Çernobıl variantıdır”. Xoşbəxtlikdən “Rosatom” bunun üçün əlavə vəsait ayırır. Amma prinsip etibarilə, bu stansiya öz müddətini başa vurub. Birdən nə isə baş versə, təkcə Ermənistan yox, hamı zərər çəkəcək”.