YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ədalət Həsənov: Ermənilər uğursuz təxribatlarla Azərbaycan Ordusu qarşısında aciz vəziyyətə düşür

Xeyli vaxtdır Ermənistan ordusunun cəbhədəki itkilərinin sayı getdikcə artmaqdadır. Bu, onunla əlaqədardır ki, Azərbaycan əsgəri öz Vətənini ayıq-sayıqlıqla, mətinliklə qoruyur. Çünki Azərbaycan əsgəri öz hüququnun keşiyindədir, bu Vətən onun Vətəni, bu torpaq onun torpağıdır.

Bunu hərbi ekspert, ehtiyatda olan polkovnik Ədalət Həsənov AZƏRTAC-a açıqlamasında deyib.

Hərbi ekspert bildirib ki, erməni xalqı, Ermənistan əsgəri artıq anlamalıdır ki, Qarabağ heç vaxt onların torpağı olmayıb və olmayacaq. Buna görə Ermənistan cəbhədə hədər yerə xeyli sayda itkilər verir. Düşmən dərk etməlidir ki, Azərbaycan işğal altındakı torpaqları nə yolla olur-olsun azad edəcək. Son günlər kütləvi informasiya vasitələrində Ermənistanın itkiləri barədə məlumatlar yer almaqdadır. Ermənistan həmişə olduğu kimi, yenə də Azərbaycanı günahlandırır. Əslində isə Ermənistan silahlı qüvvələri hər gün atəşkəsi pozur, mütəmadi olaraq təxribatlar törətməyə cəhd edir. Bölmələrimizin sayıqlığı nəticəsində onların aktivliyi əvvəlcədən aşkar edilir və Ordumuz tərəfindən vaxtında cavab tədbirləri həyata keçirilir. Bu səbəbdən ermənilərin cəhdləri uğursuzluqla və ciddi itkilərlə nəticələnir.

“Ermənistanında onsuz da xaos vəziyyəti mövcuddur. Bu durumu qismən zəiflətmək, cəbhədə vəziyyəti daha da gərginləşdirməklə xalqın qəzəbinə düçar olmaqdan yayınmaq və beynəlxalq səviyyədə özünü təmizə çıxarmaq üçün Ermənistanın kriminal hərbi-siyasi rejimi baş verən hər hadisədə günahı Azərbaycanın üzərinə yıxmağa, özünün “yazıq” obrazını qoruyub saxlamağa çalışır. Ermənilər özlərinin bütün çirkin əməllərini Azərbaycan tərəfinin üzərinə atmağa çalışmaqla özlərinin təxribat cəhdlərinin qarşısını inamla alan, hər dəfə yeni uğura imza atan Ordumuzun qarşısında daha cılız və aciz vəziyyətə düşür”, - deyə Ə.Həsənov qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv