YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbayca XİN: Lapşinə qarşı açılmış cinayət işinin onun “bloqer” adlandırılan fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur

Ermənistan təbliğatının, bəzi dairələrin, o cümlədən ATƏT-in media üzrə nümayəndəsi Dunya Miyatoviçin "Tvitter" profili vasitəsilə Aleksandr Lapşinin işini media azadlığı və ya hərəkət azadlığı ilə əlaqələndirməsi tamamilə əsassız iddiadır.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev qeyd edib ki, A.Lapşin barəsində cinayət işinin açılması və dövlətlərarası sənədlərə uyğun olaraq Azərbaycana ekstradisiyası qanunun aliliyinin təntənəsidir:

"Həmçinin beynəlxalq hüququn norma və prinsiplərinin, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin pozulması hallarının qarşısının alınması istiqamətində mühüm addım və nümunədir. Bu, eyni zamanda, Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, Azərbaycanın işğal olunmuş ərazilərinə əcnəbi vətəndaşların qanunsuz səfərlərini təşkil etmək və sonradan bu şəxsləri özünün çirkin təbliğat obyektinə çevirmək cəhdlərinin iflasıdır".