YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aydın Hüseynov: Azərbaycan sosial-iqtisadi cəhətdən yüksəliş dövrünü yaşayır

«Azərbaycan sosial-iqtisadi cəhətdən yüksəliş dövrünü yaşayır. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyası ölkəmizə böyük nailiyyətlər qazandırır». Bu fikirləri YAP-ın İqtisadi məsələlər komissiyasının sədr müavini, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, hazırda ölkə iqtisadiyyatına böyük həcmdə investisiyalar yatırılır. Onun sözlərinə görə, artıq Azərbaycan nüfuzlu beynəlxalq iqtisadi təşkilatların reytinqində yüksək yerlərdən birini tutur.

«Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət sayəsində Azərbaycan Respublikasının inkişafı uğurla davam edir, ölkəmiz davamlı olaraq çoxsaylı nailiyyətlər qazanır. Məhz Prezident İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasət nəticəsində bu gün Azərbaycan iqtisadiyyatı dünyada ən sürətli inkişaf edən iqtisadiyyatlarından  hesab olunur. Bu siyasət nəticəsində dünya ölkələrini bürüyən iqtisadi böhran ölkəmizdən yan keçdi. Ölkəmizdə bütün sahələrdə inkişaf davam etməkdədir»- deyə, A.Hüseynov qeyd edib.

DİGƏR Xəbərlər Arxiv