YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının İşçi Qruplarının iclası keçirilir

Fevralın 8-də Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının İşçi Qruplarının iclası keçirilir.

Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Azərbaycanın BMT-nin qlobal inkişafla bağlı təşəbbüslərində yaxından iştirakını deyib.

Qeyd edib ki, bu iştirakçılıq ən yaxşı praktiki və innovativ ideyaları paylaşmaq baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanın BMT-nin yeni təşəbbüsünə - 2030-cu ilə qədər olan dövrdə Davamlı İnkişaf üzrə Gündəliyə qoşulmasından məmnunluğunu ifadə edən Baş nazirin müavini bunun ölkəmizdə Davamlı İnkişaf Məqsədlərinin uğurla həyata keçirilməsində və milli inkişaf prioritetlərinin müəyyənləşdirilməsində yeni bələdçi rolunu oynayacağını vurğulayıb. Deyib ki, BMT-nin müəyyən etdiyi 17 Dayanıqlı İnkişaf Məqsədi üzrə 169 hədəf müəyyən olunub.

Əli Əhmədov Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması ilə əlaqədar Yüksək Səviyyəli Siyasi Forum üçün Azərbaycanın ilkin hesabatının hazırlanaraq təqdim olunmasını Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının qarşısında duran ən mühüm vəzifələrdən biri olduğunu qeyd edib.

Sonra Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının İşçi Qruplarının üzvləri təqdimatlarla çıxış ediblər.