YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda əlilliyi olan şəxslərin texniki reabilitasiya vasitələrinin təmiri üçün müəssisələr yaradılacaq

Əlilliyi olan şəxslərin texniki reabilitasiya vasitələrinin təmiri üçün xüsusi təmir müəssisələri yaradılacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Nazirlik tərəfindən əlilliyi olan şəxslərin texniki reabilitasiya vasitələrinin təmiri üçün ayrı-ayrı bölgələrdə xüsusi emalatxanalar yaradılacaq.

Emalatxanaların Naxçıvan, Gəncə şəhərlərində, Şəki və Masallı rayonlarında inşa etdirilməsi nəzərdə tutulur. Bununla əlaqədar ƏƏSMN tərəfindən müvafiq layihə sənədləri hazırlanıb. Əlilliyi olan şəxslərin əlil arabalarının, eşitmə aparatlarının, xüsusi çarpayılarının və s. reabilitasiya avadanlıqlarının müəyyən müddət istifadədən sonra, yaxud bu və ya digər halda təmirinə ehtiyac yarandığı zaman həmin avadanlıqların qeyd olunan müəssisələrdə dövlət hesabına təmir olunması təmin ediləcək.

Belə emalatxanaların gələcəkdə ölkənin digər bölgələrində də yaradılması nəzərdə tutulur.