YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsa Həbibbəyli: Azərbaycan təhsilinin inkişafı istiqamətində mühüm addımlar atılır

Milli Məclisdə "Peşə təhsili haqqında" qanun layihəsinin hazırlanmasına başlanılıb. Bunu parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.

İ.Həbibbəyli bildirib ki, hazırda bu istiqamətdə işçi qrupu fəaliyyət göstərir. Onun sözlərinə görə, yaxın zamanlarda təhsilin digər mərhələlərinə dair qanun layihələri də hazırlanacaq.

«Ölkəmizdə 2009-cu ildə “Elm haqqında”, 2016-cı ildə isə “Təhsil haqqında” qanunlar qəbul olunub. Azərbaycan təhsilinin inkişafı istiqamətində mühüm addımlar atılır. Hazırda "Məktəbəqədər təhsil haqqında" qanun layihəsi də Milli Məclisdə müzakirə prosesindədir»- deyə, komitə sədri vurğulayıb.