YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əflatun Amaşov: İnformasiya təhlükəsizliyi məsələsi yaşadığımız dövr üçün aktual əhəmiyyət daşımaqdadır

«İnformasiya təhlükəsizliyi məsələsi yaşadığımız dövr üçün aktual əhəmiyyət daşımaqdadır». Bu fikri Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki, Azərbaycanda Milli Təhlükəsizlik Konsepsiyası qəbul edilib. Sənəddə informasiya təhlükəsizliyi ilə bağlı müddəalar da yer alıb. Lakin həmin müddəalar ümumi xarakter daşıyır. Onun sözlərinə görə, kiber cinayətkarlıq və digər bu kimi hallar artıb.

«Üstəlik müharibə şəraitindəyik. Müharibə artıq özünün aparılma forma və üsullarını dəyişib. Çox zaman düşmən informasiya cəbhəsində fəallıq göstərir. Digər tərəfdən ümumən informasiya texnologiyaları sürətlə inkişaf edir. Bu sahədəki təhlükəsizliyin təmin edilməsi həm də insan hüquq və azadlıqlarının dərinləşməsi prosesinə töhfədir. Buna görə də, biz fundamental əhəmiyyət daşıyan informasiya təhlükəsizliyi məsələsində xüsusi təşəbbüskarlıq göstərməliyik»- deyə, Ə.Amaşov qeyd edib.