YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: Azərbaycan dilinin inkişafı istiqamətində ciddi sənədlər qəbul olunub

«Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasəti Onun dövlət quruculuğu siyasətinin tərkib hissəsi olub. Ulu öndər sovetlər hakimiyyəti dövründə də Azərbaycan dilinin inkişafı üçün əvəzolunmaz xidmətlər göstərib. O zaman sovetlərin tərkibində olan türk dövlətlərinin mərkəzi şəhərlərində demək olar ki, ana dilində məktəb yox idi. Amma Azərbaycanda rus dilinin təzyiqi ana dilimizi sıxışdırıb çıxardacaq səviyyədə deyildi. Biz Heydər Əliyevə həm də ona görə Ümummilli lider deyirik ki, O, yalnız dövləti yox, milləti birləşdirəcək bütün dəyərləri qoruyub mühafizə edirdi və onların inkişafı üçün proqramlar müəyyənləşdirirdi». Bu fikirləri yap.org.az saytına Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, ölkəmizdə Azərbaycan dilinin inkişafı istiqamətində ciddi sənədlər qəbul olunub. Onun sözlərinə görə, həmin sənədlərdən ən mühümü 2001-ci ilin iyul ayında Ulu öndər Heydər Əliyev tərəfindən imzalanmış “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmandır.

«Hesab edirəm ki, Azərbaycan dilinin tarixində bu səviyyədə sənəd qəbul olunmayıb. Çünki sənəddə çox ciddi, strateji münasibət ortaya qoyulub. Sənəddə dilin tarixindən başlamış, müasir dövrümüzə qədər olan məsələlər geniş şəkildə öz əksini tapır. Ümumiyyətlə, dilin müxtəlif prolbleməri həmişə var. Qloballaşan dünyada belə vəziyyət təbiidir. Bu gün dilimiz ən çox publisistikada, kütləvi informasiya vasitələrində inkişaf edir. Hazırda  dilimizdə zənginləşmə prosesi gedir»- deyə, komitə sədri vurğulayıb.