YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Ölkəmizin dinamik inkişafı bundan sonra da davam edəcək

«2014-cü ilin birinci yarısında nəzərdə tutulan bütün məsələlər uğurla yerinə yetirilib». Bu fikri Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, bütün bunlar ilin sonuna qədər qarşıda duran  vəzifələrin tam  icra ediləcəyinə  əsas verir. Onun sözlərinə görə,  ölkəmizin dinamik inkişafı bundan sonra da davam edəcək.

«Bu ilin 6 ayında əhalinin gəlirləri 4,5 faiz artıb, inflyasiya 1,6 faiz təşkil edib. Bu isə əhalinin gəlirlərinin qiymət artımını 3 dəfə üstələdiyini göstərir. Hesabat dövründə dövlət büdcəsinin gəlirləri 9,3 milyard manat və ya 101,6 faiz yerinə yetirilib, xərcləri isə 8,7 milyard manat olub. Bütövlükdə isə Azərbaycanda sosial dövlət quruculuğu uğurla davam edir»- deyə, M.Quliyev qeyd edib.