YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidentinin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi uzaqgörənliklə atılan addımdır

İslam dünyasının vəhdət və birliyə ehtiyac duyduğu bir zamanda Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ili ölkədə “İslam Həmrəyliyi İli” elan etməsi uzaqgörənliklə atılan addımdır.

Bu sözləri İran İslam Şurası Məclisinin (parlamentin) xarici siyasət və təhlükəsizlik komitəsinin sədri Əlaəddin Burcerdi deyib.

Komitə sədri bildirib ki, İslam humanizmi və insanpərvərliyi təbliğ edən dindir, onun düzgün təbliğ olunması hər bir müsəlmanın borcudur.

İran-Azərbaycan əlaqələrinin inkişafını yüksək qiymətləndirən komitə sədri Azərbaycan xalqının və dövlətinin əldə etdiyi uğurların sevindirici olduğunu bildirib.