YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azad Rəhimov: Formula-1 Azərbaycan Qran-prisi yarışlarının bu il daha böyük maraqla keçəcəyinə inanırıq

Formula-1 Azərbaycan Qran-prisi yarışları ilə bağlı bu il yeni sifarişlər edilməyib. Ölkəmizin bu yarışları keçirməsi üçün bütün lazımi avadanlıqlar var. Şəhərdə ötən ildən bir sıra tikililər öz yerində qalıb. Dördüncü İslam Həmrəyliyi Oyunları mayın 22-də başa çatacaq. Təxminən ondan bir ay sonra isə Formula-1 Azərbaycan Qran-prisi başlayır.

Bu fikirləri jurnalistlərə müsahibəsində gənclər və idman naziri Azad Rəhimov deyib.

A.Rəhimov qeyd edib ki, bu il Formula-1 yarışlarının daha da maraqlı keçəcəyini gözləyirik. Ona görə ki, bütün pilotlar artıq trasla tanışdırlar, yolları bilirlər. Onların ötənilki Qran-pridən sonra söylədikləri fikirlər Bakıya daha çox diqqətin yönəlməsinə səbəb olub. Bu il Bakıya daha çox qonağın gələcəyini və yarışları izləyəcəyini gözləyirik.

 

DİGƏR Xəbərlər Arxiv