Xəbərlər
İlin əvvəlindən 2982 sahibkarlıq subyektinə 153,9 milyon manat güzəştli kredit verilib
Sahibkarların investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi davam etdirilir.
2014-cü ilin ötən dövrü ərzində ölkə üzrə 2982 sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşdirilməsinə 153,9 milyon manat güzəştli kredit təqdim olunub. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 6 min 600-dən çox yeni iş yerinin yaradılmasına imkan verib.
Ümumilikdə, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 851 investisiya layihəsinin maliyyələşdirilməsinə 189,9 milyon manat güzəştli kredit verilib. Kreditlər, əsasən, heyvandarlıq, logistik mərkəz, mebel, istixana konstruksiyaları, qida sənayesi avadanlığı və tikinti materialları istehsalına yönəldilib.