YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Gürcüstanın xarici ticarət tərəfdaşları sırasında dördüncü yerdədir

Keçən il Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 153 milyon dollar təşkil edib. Bu göstərici ilə Azərbaycan Gürcüstanın ticarət tərəfdaşları sırasında dördüncü yerdədir. Birinci yerdə Kanada (1832 milyon dollar), ikinci yerdə Türkiyə (1525 milyon dollar), üçüncü yerdə isə Rusiya dayanır (881 milyon dollar).

Gürcüstanın Milli Statistika xidmətindən bildiriblər ki, ötən il Gürcüstanın MDB ölkələri ilə xarici ticarət dövriyyəsi 2015-ci illə müqayisədə 3 faiz azalaraq 2721 milyon dollar təşkil edib. Gürcüstanın ixrac etdiyi məhsulların həcmi 12 faiz azalaraq 739 milyon dolar olub. İdxalat isə 1 faiz artaraq 1983 milyon dollara çatıb.

Gürcüstanın Avropa ölkələri ilə ticarət dövriyyəsi 2015-ci illə müqayisədə 14 faiz artaraq 3601 milyon dollar təşkil edib. Burada da ixracat 12 faiz azalaraq 571 milyon dollar, idxalat isə 20 faiz artaraq 3030 milyon dollar olub.

Ümumiyyətlə isə keçən il Gürcüstanın xarici ticarət dövriyyəsi 11966 milyon dolar olub ki, bu da, 2015-ci illə müqayisədə 20 faiz çoxdur.