YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaqub Mahmudov: Azərbaycan tarixən ermənilərə verilmiş torpaqlar üzərində varislik hüququnu bərpa etməlidir

«Azərbaycan tarixən ermənilərə verilmiş torpaqlar üzərində varislik hüququnu bərpa etməlidir. İrəvan şəhəri də daxil olmaqla Azərbaycan Xalq Cümhuriyyəti dövründə ermənilərə verilmiş 9 min kvadrat kilometr torpağın qaytarılması barədə məsələ qaldırmalıyıq». Bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında AMEA-nın  Tarix İnstitutunun direktoru, deputat Yaqub Mahmudov deyib.

Y.Mahmudov bildirib ki, həmin  torpaqlar o zaman ermənilərə müəyyən şərtlərlə verilib. Onun sözlərinə görə, müvafiq sənədlər xaricdən AMEA-nın Tarix İnstitutuna gətirilib. «Şərtlərə əsasən həmin torpaqlarda azərbaycanlıların yaşamasının təmin edilməli, Şaumyanın başçılığı altında soyqırımlara son qoyulmalı, Zəngəzur və Qarabağa qarşı iddialardan əl çəkilməli idi. Ancaq bu şərtlərin hamısı pozuldu. Ona görə də biz bu torpaqlara varislik məsələsini qaldırmalı və Milli Məclisdə bununla bağlı müvafiq addım atmalıyıq. Tarix İnstitutu həmin sənədlərin hamısını parlamentə təqdim etməyə hazırdır. Prezident İlham Əliyev də çıxışlarında dəfələrlə həmin torpaqların Azərbaycan xalqına qayıdacağını vurğulayıb. Ona görə də parlament o torpaqlara varisliklə bağlı müvafiq sənəd qəbul etməlidir»- deyə, Y.Mahmudov vurğulayıb. 

DİGƏR Xəbərlər Arxiv