YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyənin nazir müavini: “İslam Həmrəyliyi İli” dünyada sülhün qorunmasına xidmət edən təşəbbüsdür

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2017-ci ilin ölkədə “İslam Həmrəyliyi İli” elan edilməsi təkcə qardaş Türkiyədə deyil, bütün müsəlman ölkələrində böyük rəğbətlə qarşılandı. Bu, dünyada sülhün qorunmasına xidmət edən nəcib və vacib təşəbbüsdür.

Türkiyənin daxili işlər nazirinin müavini Səbahəddin Öztürk AZƏRTAC-a müsahibəsində “İslam Həmrəyliyi İli” barədə fikirlərini bölüşərkən belə deyib. O qeyd edib ki, İslam bütün nəcib dəyərləri özündə cəmləşdirən dindir. Təəssüf ki, bəzi dairələrdə İslam dini haqqında məqsədli şəkildə yanlış təsəvvür yaratmağa çalışırlar. Bu yanlışlıqları aradan qaldırmaq üçün İslam aləminin həmrəyliyinə böyük ehtiyac var. Azərbaycan Prezidentinin 2017-ci ilin ölkədə “İslam Həmrəyliyi İli” elan olunması barədə qərarı hər bir müsəlman üçün önəm daşıyan məsələdir.

Ölkələrimiz arasında əlaqələrə toxunan nazir müavini qeyd edib ki, Azərbaycan–Türkiyə münasibətləri qarşılıqlı olaraq dostluğa, qardaşlığa, səmərəli əməkdaşlığa, inkişafa, tərəqqiyə bir nümunədir. Bu gün İslam dünyasının həmrəyliyə, mövcud təhlükələri dəf etmək üçün birliyə, uzaq hədəflər naminə əməkdaşlığa ehtiyacı var. Belə bir şəraitdə Prezident İlham Əliyevin təşəbbüsü tarixi əhəmiyyət daşıyır. Türkiyə və Azərbaycan bu təşəbbüsə müştərək yanaşma ortaya qoymaqla böyük nailiyyətlərə qapı açacaqlar.

 

DİGƏR Xəbərlər Arxiv